BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

QADINA QARŞI SOYĞUNÇULUQ EDƏN ŞƏXS SAXLANILDI


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Ağdaş Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini bir qadın piyada yaşadığı evə gedərkən naməlum şəxs ona yaxınlaşaraq, zor tətbiq edib içərisində pul, mobil telefon, maaş kartı, kosmetika və digər əşyalar olan çantasını alıb qaçdığını bildirmişdir.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İstixəbər.info-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Ağdaş şəhər sakini Toksim Quliyev olduğu müəyyən edilib. Onun ötən ilin dekabrın 28-də qadına qarşı soyğunçuluq etməklə içərisində ümumi dəyəri 1832 manat olan pul və digər əşyalar olan çantasını ələ keçirdiyi aşkar edilmişdir. O, saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.

İstixəbər.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26