BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

QUSARDA QANUNSUZ OV EDƏN ŞƏXS SAXLANILIB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Qusar rayonunda qanunsuz ov edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İstixəbər.info-ya verilən məlumata görə, yanvarın 6-da daxil olmuş məlumat əsasında Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz ov edən şəxs saxlanılıb.

Belə ki, Qusar rayonunun Cağar kəndinin meşə zolağında qanunsuz ov etmək istəyən rayonun Çiləgir kənd sakini Bəhmən Hacıyev saxlanılaraq şöbəyə gətirilib. Ondan bir ədəd “Churchill” markalı ov tüfəngləri götürülüb.
Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib.

İstixəbər.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26