BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Xaçmazda qəza – YARALILAR VAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xaçmazda baş verən qəzada 3 nəfər yaralanıb.

İstixəbər.info  AZƏRTAC-a istinadən xəbər verir ki, Yanvarın 4-də Xaçmaz rayonunda 3 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rayonun Qımıl-Qışlaq kəndinə gedən yolda qeydə alınan hadisə zamanı “VAZ 21011” markalı minik maşını “VAZ 2107” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində minik maşınlarının sürücüləri və “VAZ 21011” markalı avtomobildə olan qadın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Təcili tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirilən yaralılara tibbi yardım göstərilib. Travmatologiya şöbəsində müalicələrini davam etdirən yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

İstixəbər.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26