BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Şabran bazarında tanışını bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Şabranda tanışını bıçaqlamaqda təqsirləndirilən İlkin Novruzovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

İstixəbər.info “Reporta istinad edərək xəbər veririki , cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Zeynal Ağayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə 2018-ci ilin oktyabr ayında Şabranın mərkəzində yerləşən bazarda baş verib. 1992-ci il təvəllüdlü İ.Novruzov tanışı 1996-ci il təvəllüdlü Elməddin Əmiraslanovla aralarında yaranan şəxsi münasibətlər zəminində mübahisə edib. İ.Novruzov tanışına bir neçə bıçaq zərbəsi vurub.

22 yaşlı E.Əmiraslanov Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində İ.Novruzov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

İstixəbər.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26