BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov Yevlax sakinlərini təbrik edib


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə Yevlax sakinlərini təbrik edib.

Əziz həmyerlilər!

Zamanında dünyada baş verən siyasi proseslərin önünda gedərək dünya siyasətçilərinin korifeyi zirvəsinə yüksəlmiş xalqımızın şanlı oğlu ümummilli lider Heydər Əliyevin şah əsəri müasir müstəqil Azərbaycanımızda daha bir ili də yola salmaq üzrəyik. Və böyük qürur hissi ilə onu da vurğulayırıq ki, sükanı ulu öndərin müdrik ideyalarının layiqli siyasi davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının əlində olan respublikamızda illəri bir-birindən əlamətdar, bir-birindən zəngin nailiyyətlərlə qarşılayıb, yola salmağı şərəfli ənənəyə çevirmişik. Tezliklə tarixə dönəcək 2018-ci ilin ən əlamətdar və yaddaqalan siyasi hadisəsi ölkəmizdə Prezident seçkilərinin keçirilməsi, həmin seçkilər zamanı çoxmilyonlu xalqımızın birmənalı olaraq İlham Əliyevin namizədliyini dəstəkləməsi və Azərbaycanda Xalq Cümhuriyyətinin, o cümlədən, dövlət qurumlarının yaradılmasının və formalaşdırılmasının bir əsrlik yubileyinin geniş və təntənəli şəkildə qeyd olunmasıdır. Bu siyasi tədbirlərdə siz yevlaxlılar da rəhbərə tükənməz sevgi və sədaqətinizi yüksək əzmkarlıq, böyük mütəşəkillik və fəallıq nümayiş etdirməklə sübut etdiniz.
Vidalaşdığımız il ölkəmizin həyatında həm də Azərbaycan qazının Türkiyə ərazisinə nəqlini həyata keçirən TANAR layihəsinin işə salınması, 88 ölkədən 300-dən çox liman nümayəndələrini təmsil edən Beynəlxalq Limanlar Assosiasiyasının illik konfransının, Qoşulmama Hərəkatının orta müddətli nazirlər toplantısının baş tutması ilə də əlamətdar olmuşdur.

Bundan başqa artıq dünyada sabitlik və sülh adası, eləcə də idman ölkəsi kimi populyarlıq qazanmş doğma respublikamızda müxtəlif yarışların keçirilməsinə də xüsusi önəm verilmişdir. Buna canlı misal olaraq Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının keçirilməsinə, idman gimnastikası üzrə Dünya Kubokuna, batut gimnastikası, tamblinq və ikili mini batut üzrə Avropa çempionatına, bədii gimnastika üzrə Dünya Kubokuna, və Beynəlxalq Gimnastika Federasiyasının (FİG) ali orqanı olan Konqresin növbəti 82-ci iclasının keçirilməsinə ölkəmizin ev sahibliyi etdiyini də söyləmək olar.

Əziz yevlaxlılar!

Qeyri-neft sektorunda, xüsusilə taxıl, pambıq, barama və digər kənd təsərrüfatı təyinatlı məhsulların istehsalı və əkilib becərilməsi sahəsində də 2018-ci ili ölkəmiz üçün düşərli il kimi dəyərləndirmək olar.

Rayonumuzun aqrar sektorunda çalışan zəhmət adamları da 2018-ci ildə gerilyin daşını ataraq xüsusilə taxıl, barama, pambıqçılıq sahəsində yüksək nəticələr göstərməyə nail olmuşlar. Rayonumuzun sosal- iqtisadi, mədəni həyatında, təhsil, səhiyyə, rabitə, nəqliyyat, tikinti-abadlıq və diğər sahələrdə görülən işlər, baş verən yeniliklər deməyə əsas verir ki, biz yevlaxlılar da ulu öndərin əsasını qoyduğu və böyük təntənə ilə qeyd etdiyimiz Dünya Azərbaycanlılarının Həmrəylik gününü, eləcə də növbəti 2019-cu ili bir çox sahələrdə əldə etdiyimiz uğurlarla qarşılayırıq. Bunun üçün hamınızı təbrik edir, yeni ildə daha möhtəşəm qələbələrə imza atmanızı arzulayıram!

Əziz həmyerlilər!

Sizə ünvanladığım təbrik məktubuna əbəs yerə “Qoy 2019-cu il xalqımızın həyatında möhtəşəm qələbələr ili olsun!”- sərlövhəsini seçməmişəm. Çünki bu, bir qərinəyə yaxın düşmən tapdağı altında inləyən vətən torpağının, el- obamızın, yurd-yuvalarımızın işğaldan azad olunduğunu görmək həsrəti ilə yanan milyon-milyon ürəklərin arzusudur. Və biz bu arzumuza çatacağıq.
Bir daha bayramlarınız, yeni iliniz mübarək olsun, əziz yevlaxlılar!

İstixəbər.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26