BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Dünya Azərbaycanlıları Konqresi”nin Qadınlar Şurası ilə “Dünya Ana və Uşaqlar ” içtimai birliyinin birgə yığıncağı keçirildi – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

29 dekabr 2018 ci il tarixində”Dünya Azərbaycanlıları Konqresi”nin Qadınlar Şurası ilə “Dünya Ana və Uşaqlar ” içtimai birliyinin birgə yığıncağı keçirildi.

İstixəbər.info xəbər verir ki, toplantıda hər iki təşkilatın əsas idarəedici işçi qüvvəsi iştirak edirdi: Sədr – Dünyaxanım Əliyeva, direktor –Validə Vəliyeva, Cenetik Ehtiyatlar İnsitutunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, – Məhəmməd Nəcəfov, Memarlıq Universitetinin baş müəllimi –Abutel Mirzəyeva, Kordioloq-terapevt həkim –Kəmalə Həsənova və Bakı Press içtimai birlik qəzetinin jurnalisti Fərqanə Muradova.

İclasda bir çox məsələlər diskusiya şəkilində müzakirə edildi. Gündəlikdə qoyulmuş əsas məsələ “Milli Dəyərlərin Təbliği”Vətəndaş Cəmiyyəti Koalisiyonu yaradılması fikri idi. Bu gün cəmiyyətimizin, yeni nəslin milli dəyərlərimizi qoruyub saxlamağa ehtiyacı çox olduğu üçün təşkilatlar arasında koalisiyon yaradılması da vacib məsələdir. Toplatı üzvləri yaradılacaq Koalisiyonun faydalarından danışıldı, marağlı təkliflər səsləndi və tezliklə bu birliyin yaradılmasımın həyata keçirilməsi qərara alındı. Həll olunacaq mövzulardan biri də Türkiyədə, Antalya şəhərində “Türk Dilli Ölkələrin” Federasiyalarının 17-20 yanvar 2019 cu ildə keçiriləcək Konfransında təşkilatlarımızı təmsil edən nümayəndə Kəmalə xanımın iştirak etməsi və fikirlərimizi Beynəlxalq tribunadan konfrans üzvülərinə çatdırması məsələsi oldu. Biz doktor Kəmalə xanıma gözəl yolçuluq diləyirik və bizim təşkilstları layiqincə təmsil edəcəyinə inanırıq. Toplantı iştirakçılarımız hər iki təşkilatımız adından bütün xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə təbrik edirlər, vətəndaşlarımıza can sağlığı və uğurlar diləyirlər.

Validə Vəliyeva

İstixəbər.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26