BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

ZAQATALADA EVLƏRDƏN OĞURLUQ EDƏN ŞƏXS SAXLANILIB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Dekabrın 27 -də Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini onun evindən 139 manat pulun oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İstixəbər.info-ya verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxsin rayonun Yuxarı Tala kənd sakini Əhməd Məmmədov olduğu müəyyən edilib. Ətrafında aparılan araşdırmalarla onun digər cinayət əməlinin də üstü açılıb. Belə ki, onun dekabrın 6-da başqa bir evdən də 400 manat pul oğurladığı müəyyən edilib.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

İstixəbər.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26