BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Mediamız mühüm ictimai institut kimi özünü cəmiyyətdə yetərincə təsdiqləyib” – Əflatun Amaşov


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Azərbaycan Mətbuat Şurası yarandığı gündən jurnalistlərin peşə hazırlıqlarının artırılması, onların hüquqlarının qorunması istiqamətində ardıcıl iş aparmaqdadır. Şura media məkanımızın saflaşmasına yönələn fəaliyyət göstərməkdədir”.

İstixəbər.info xəbər verir ki, bu sözləri millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov sosial şəbəkədəki statusunda qeyd edib.

“Eyni zamanda onu da bildirim ki, Mətbuat Şurasının başlıca missiyası müxtəlif vətəndaş qruplarının media ilə bağlı şikayətlərini araşdırmaqdan ibarətdir. Təəssüf ki, bir sıra kütləvi informasiya vasitələrinin fəaliyyətində nəinki “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na, habelə ölkə qanunvericiliyinə zidd hallar da müşahidə edilməkdədir. Şura bu sayaq hallara ictimaiyyətin diqqətini cəlb etmək üçün peşə prinsiplərinə laqeyd yanaşan, onları mütəmadi pozan KİV-lərin adlarını özünün “qara siyahı”sına daxil edir.

Onu da təəssüflə bildirməliyik ki, bəzən adı “qara siyahı”ya daxil edilmiş bəzi media vasitələri bundan nəticə çıxarmır, özlərinin həm jurnalistikaya, həm də qanunlarımıza zidd fəaliyyətlərini davam etdirirlər. Bəli, belələri ilə mübarizədə hüquq-mühafizə orqanları da öz üzərilərinə düşən vəzifəni yerinə yetirirlər. Bəzilərinin bildirdiklərinin əksinə olaraq demək istəyirəm ki, bu məsələnin Mətbuat Şurasının, o cümlədən ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı dövlət siyasətini həyata keçirən, mövcud istiqamətdəki prosesləri diqqətdə saxlayan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin guya öz işinin öhdəsindən gələ bilməməsinə fokslanaraq təqdimatı yolverilməzdir. Belə yanaşma tam qərəzlidir və heç şübhəsiz, müəyyən siyasi məqsədlərin gerçəkləşdirilməsi məramına söykənir.

Bir daha bildirirəm ki, medianın mövcud problemlərinin aradan qaldırılması üçün mümkün olan bütün vasitələrdən istifadə edilir. Ötən müddətin təcrübəsi göstərir ki, kifayət qədər uğurlar əldə olunub. Mediamız mühüm ictimai institut kimi özünü cəmiyyətdə yetərincə təsdiqləyib. Təbii ki, onun rolu daha da artmalıdır. Həyata keçirilən kurs məhz bu məqsədin reallaşdırılmasına yönəlib və hər il qarşıya qoyulan konkret vəzifələr var. 2019-cu ilin də yeni keyfiyyət dəyişikliklərinə aparan işlərin icrası baxımından əhəmiyyətli il olacağına inanıram!”, – deyə millət vəkili vurğulayıb./Milli.Az

İstixəbər.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26