BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

2018-Cİ İLİN ƏN YAXŞI MƏTBUAT XİDMƏTLƏRİ… SORĞU-MÜSAHİBƏ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

2018-ci ilin Mətbuat xidmətləri ilə iş üzrə ilkin hesabat

İstixəbər.info saytı olaraq xəbər veririr ki, 2018-ci ildə bir sıra dövlət orqanlarının mətbuat xidmətləri ilə həm özümüzün həmdə digər KİV-in hansı formada əməkdaşlıq etdiklərini araşdırmağa çalışdıq.

Saytımız 7 ay ərzində 913 məsələ ilə bağlı mətbuat xidmətlərindən məlumat alıb.  Az müddət fəaliyyət göstərməsinə baxmayaraq bir sıra mətbuat xidmətləri ilə rahat formada əməkdaşlıq edə bilmişik. Amma bir çox vaxtlarda da çətinliklə informasiya aldığımız mətbuat xidmətləridə olub.

İnformasiyanı rahat formada aldığımız mətbuat xidmətlərinin adlarını sizlərə təqdim edirik:

Ehsan Zahidov

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinın rəhbəri Ehsan Zahidov və Regional qruplarının nümayəndələri Nizam Həmidov, Eşqin Qasımov, Aslan QiyaslıMahir Məsimov 

Yaşar İsakov

Dövlət Təhlükəsizlik Xidməti mətbuat xidmətinin rəhbəri Yaşar İsakov

Anar Nəcəfli

Azəryol Servic ASC-in Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli,

Anar Cəbrayıllı

Azərsu ASC-in Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı,

Qulu Xəlilov

Əmlak Məsələləri Dövlət  komitəsinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Qulu Xəlilov,

İbrahim Kərbalayev

Azəriqaz İB-in Mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev,

İradə İbrahimova

Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova.

Nuridə Allahyarova

Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova,

Natiq Axundov

Dövlət Gömrük xidmətinin mətbuat katibi Natiq Axundov

Cəsarət Valehov

Təhsil Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov,

Tanrıverdi Mustafayev

Azərişıq ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev,

İnformasıya almağa çətinlik çəkdiyimiz Mətbuat xidmətləri isə DYP-nin Mətbuat xidməti , Dövlət Neft Şirkətinin Mətbuat xidməti, Bakı şəhər icra hakimiyyətinin Mətbuat xidmətini misal göstərə bilərik.

Bu mövzuda yəni 2018-ci ilin yekunlarına dair hazırladığımız hesabatda digər KİV-də çalışan həmkarlarımızın fikirlərinidə öyrəndik.

Aytəkin Alxaslı

Azərbaycanın peşəkar jurnalistlərindən olan, istipress.com saytının xüsusi müxbiri Aytəkin Alxaslı: – Mən ilk növbədə qeyd etmək istəyirəm ki, müxtəlif nazirlik və qurumların nəzdində fəaliyyət göstərən mətbuat xidmətləri ilə əlaqələrimiz qənaətbəxş olub.Yola salacağımız ildə xidmət təşkilatlarından Azərsu, Azərişıq və Azəriqaz SC-lərin ictimaiyyətlə əlaqələr şöbələrinin xidmətlərindən çox razıyam. Tanrıverdi Mustafayev, Anar Cəbrayıllı və İbrahim Kərbalayev müraciət edilən anda informasiyada dərhal kömək edirlər. Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti qurumda baş verən yenilikləri dərhal ictimaiyyətə çatdırdığından onlara müraciət etməyə lüzum qalmayıb.

Valeh Arifoğlu

Oxu.az və Baku TV-nin  foto kameramanı, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Valeh Arif oğlu – 2018 ci ildə demək olar ki, hər hansı mətbuat xidməti ilə bir çətinliyimiz olmayıb. Hər zaman lazımi informasıyanı almışıq. Ən yaxşı formada işlədiyimiz mətbuat xidmətləri Bakı Şəhəri Bulvar idarəsinin mətbuat xidməti, Beynəlxalq Avtovağzalın mətbuat xidməti, Azəryol servis ASC-in mətbuat xidməti, AAYİ-in mətbuat xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti, ƏSMN-in mətbuat xidməti və s. kimi dövlət qrumların deyə bilərəm. Ayrı-ayrılıqda xoş münasibətə və biz jurnalistləri informasıya ilə təmin etdiklərinə görə bütün mətbuat xidmətlərinə təşəkkür edirəm. İnanıram ki, bu qarşılıqlı münasibət 2019-cu ildədə davam edəcək.

Elvin Məmmədov

Missiya.az saytının redaktoru Elvin Məmmədov – Mətbuat xidmətləri əvvəllər jurnalistlərlə ünsiyyyətdə olmaqdan çəkinirdilər. Amma son vaxtlar müsbət dəyişikliklər var. Biz bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı ilə əməkdaşlıq etmişik. Onlar mətbuatla çox sıx əməkdaşlıq edirlər. Mediaya geniş informasiya verirlər.

Dünyaxanım Əliyeva

Dünyaxəbər.info saytının baş redaktoru və təsisiçisi Dünyaxanım Əliyeva – Bir çox Nazirliklərin mətbuat xidmətləri ilə mütamadi olaraq ünsiyyyətdə oluruq. Biz bu il İqtisadiyyat Nazirliyinin mətbuat katibi Vusalə xanımla, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası Kadrlar və İçtimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Vüsal Əzizov ilə əməkdaşlıq edirik. Onlar mətbuatla çox sıx əməkdaşlıq edir və məlumatları içtimayyətə çatdırırlar. Bizim Nazirliklərnən işləməyəmizə heç bir maneçilik yaranmayıb.

Xanlar Cəbrayılov

Dünyapress.info saytının xüsusi müxbiri Xanlar Cəbrayılov – Azərişıq ASC -nin mətbuat xidməti Tanrıverdi Mustafayev, Ekologiya və Təbii Sərvətlər nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova və Gənclər və İdman nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova il boyu operativ məlumatlar veriblər. Gec cavab verənlər isə Səhiyyə nazirliyinin mətbuat xidməti, Azəryol Servic ASC-in mətbuat xidməti, Azərsu ASC-in Mətbuat xidməti və Azərbaycan Dəmir yolları SC-in mətbuat xidməti

Bu il ərzində hansı mətbuat xidmətlərinin hansı formada işlədiklərini siz oxuyucuların nəzərinə çatdırdıq.

Bu sorğuda iştirak edən həmkarlarımıza təşəkkür edir, 2019-cu ildə bol-bol uğurlar arzu edirik.

Hesabatı hazırladı:

Saytın rəhbəri Sənan Ələkbərov və saytın Baş redaktoru Rəşad Oruc oğlu Ağaşirinov

İstixəbər.info 

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26