BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“XAÇMAZDA PRİTON İŞLƏDƏN MƏZAHİRƏ KİM HAVADARLIQ EDİR?” – RƏSMİ AÇIQLAMA


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Dekabrın 19-da “Azerinfo.az” xəbər saytında verilmiş “XAÇMAZDA PRİTON İŞLƏDƏN MƏZAHİRƏ KİM HAVADARLIQ EDİR?” başlıqlı yazıda rayon ərazisindəki iaşə obyektlərinin birində əxlaqsızlıq yuvası təşkil edilməsi barədə iddialar həqiqətdən uzaqdır.

İstixəbər.info DİN Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupunun məlumatına istinadən xəbər verir ki, materialda adı çəkilən Məzahir adlı şəxsin Xaçmaz RPŞ-nin rəhbərliyi ilə guya yaxın münasibətləri barədəki fikirlər də reallığı əks etdirmir.

Bildiririk ki, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində fəaliyyət göstərən iaşə obyektlərdə mütəmadi reydlər keçirilir, qanunazidd fəaliyyətlərin qarşısı dərhal alınır. Bunun nəticəsidir ki, cari il ərzində polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində fəaliyyət göstərən 4 əxlaqsız yuva aşkar edilib. Həmin faktlardan 3-ü barədə cinayət işi açılıb, istintaqı tamamlandıqdan sonra baxılması üçün rayon məhkəməsinə göndərilib. 1 fakt üzrə isə hazırda istintaq davam etdirilir.

İstixəbər.info 

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26