BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Səhlənkar sürücüyə görə qaranlığa qərq olan Xudat K/Z qəsəbəsi- FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xudat şəhərində elektrik enerjisinin verilməsində problem yaranıb.

İstixəbər.info saytı olaraq xəbər verir ki, bu gün saat 15:00 radələrində Xudat şəhərinin Konserv Zavod adlanan ərazisində işıqlar qəfildən sönüb. 200 -yə yaxın ailə işıqsız qalıb.Aldığımız məlumata görə, həmin ərazidə yeni uşaq baxçasının tikintisi həyata keçirilir. Aparılan işlər zamanı tikintiyə daş-çınqıl gətirən iri tonajlı yük maşınının ərazidəki işiq dirəyini vurması və xətlərin qırılması olub. Xudat şəhəri Zavod qəsəbəsi MİS-nin rəisi Bəxtiyar HüseynovXudat elektrik şəbəkənin qəza şöbəsinin rəisi Natiq Mustafayev faktı təsdiq etdilər. Hal-hazırda həmin ərazidə elektrik enerjisinin verilişi dayandırılıb. Rayon İH-in başçısına bu barədə məlumat vermişik. Çalışıb bu gün həmin ərazidə elektrik enerjisinin verilməsi təmin edəcəyik.

Baş verən qəzanın nə vaxt aradan qaldırılmasını dəqiqləşdirmək üçün Azərişıq ASC nin Xaçmaz rayonu üzrə rəisi Ramil Məmmədovla əlaqə saxladıq. Ramil müəllim bildirdi ki, həmin qəzanın aradan qaldırılması üçün tapşırıqlar vermişəm və yaxın saatlarda enerjinin verilməsi bərpa ediləcək.

Qeyd edək ki, bir gün bundan öncə həmin ərazidə 4-5 saata yaxın elektrik enerjisinin verilməsində fasilə yaranmışdır.

İstixəbər.info Xaçmaz 2018-ci il

Baş redaktor: Rəşad Ağaşirinov

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26