BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Quba şəhər “Soyqırım Memorial Kompleksi”nin əməkdaşları Heydər Əliyevin məzarını ziyarət ediblər – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin rəhbərliyinin təşəbbüsü ilə əməkdaşlar Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasına həsr edilmiş xatirə günləri çərçivəsində Fəxri Xiyabanını ziyarət etmişlər.

İstixəbər.info xəbər verir ki, tədbir iştirakçıları ilk öncə Ulu öndərin məzarı üstə gül dəstələri qoymuş və müdrik dövlət xadiminə Allahdan rəhmət diləmişlər. Ziyarət zamanı  Kompleksin direktoru Tarix üzrə fəlsəfə doktoru Rəxşəndə  Bayramova Ulu Öndərin  məzarı önündə  nitq söyləyərək bildirmişdi ki, Müasir Azərbaycanın qurucusu və memarı olan Ulu Öndər Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi olmuşdur.  Bu dahi şəxsiyyət tarixi yazan və yaradan,  onu yönəltməyi bacaran, dövlət idarəçiliyi və siyasi fəaliyyəti nadir olan fövqəlbəşər  insan idi.

Sonra Kompleks əməkdaşları görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın məzarını ziyarət etmişlər.

Həmin gün Kompleks əməkdaşları son illərin ən gözəl memarlıq nümunələrindən biri sayılan Heydər Əliyev Mərkəzində Azərbaycan tarixinin ümummilli liderin Heydər Əliyevin həyat və  fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən maraqlı faktlar, foto, video materiallar və digər unikal eksponatlarla tanış olmuşlar.

Turabov Abutalıb

İstixəbər.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26