BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qurban Qurbanov milli komandadan ayrıldı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov vəzifəsindən ayrılıb. 

İstixəbər.info-un məlumatına görə, 46 yaşlı mütəxəssis istefa qərarını özünün də üzvü olduğu AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında açıqlayıb. Eyni zamanda “Qarabağ”ı çalışdıran Qurbanov komitənin yığıncağında yığma ilə müqaviləsinə qarşılıqlı şəkildə xitam verilməsini istəyib. Mütəxəssisin bu istəyi qəbul olunub.

Məlumat üçün bildiririk ki, Qurban Qurbanov ötən ilin noyabr ayında milli komandanın baş məşqçisi təyin olunmuşdu.

İstixəbər.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26