BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Kəndin internetinin kəsilməsinə səbəb nə idi? – Araşdırma + FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixəbər.info xəbər verir ki, Xaçmaz rayonu Ağaverdioba kəndinin bir qrup sakini dünəndən kəndə wi-finun qəfil kəsilməsi ilə bağlı redaksiyamıza müraciət ediblər. Sakinlər deyir ki, wi-fi -in ödənişlərini vaxtı vaxtında etmişik. Amma dünən xəbərdarlıq edilmədən internetimiz kəsildi. Dünən əlaqə saxlamadığımız yer qalmadı. Nəticə olaraq dedilər ki, xəttlərdə problem var.

Məsələ ilə bağlı Xudat Telekommunikasiya Qovşağının nümayəndəsi Ağakişi Bədirovla əlaqə saxladıq. Ağakişi müəllim bizə məsələ ilə bağlı açıqlama verdi ki, həmin kəndə gedən xətdə qırılma olub və internet əlaqəsi kəsilib. Həmin xəttin təmiri ilə bağlı işlər həftə öncəsi aparılacaq. Bazar günü olduğundan növbətçi işçilərin olmadığından təmir apara bilən deyilik. Həmdə xəttlərin təmirini həyata keçirtmək üçün Quba rayonundan mütəxəsislər gəlməlidir. Sakinlər narahat olmasınlar, xətt təmir olunacaq və həmin kəndə internet veriləcək..

Aldığımız son dəqiqə məlumata görə, artıq kəndə internetin verilməsi bərpa edilib.

İstixəbər.info İnformasiya Portalı Xaçmaz 2018-ci il

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26