BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Şəmkirdə bıçaqlanan iki qardaşdan biri öldü


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Şəmkir rayonunda iki qardaş bıçaqlanıb, onlardan biri ölüb.

İstixəbər.info bildirir ki, hadisə rayonun Qapanlı kəndində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Nurəddin Bayram oğlu Əsədoğlu mübahisə zəminində Qapanlı kənd sakinləri – 1986-cı il təvəllüdlü Eşqin Əli oğlu Əmiraslanovu və onun qardaşı, 1989-cu il təvəllüdlü İbrahim Əli oğlu Əmiraslanovu bıçaqlayıb. Nəticədə E.Əmiraslanov ölüb, onun qardaşı isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. N.Əsədoğlu hadisə yerindən qaçıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırmalara başlanılıb./report

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26