BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Alpoqut idman növü üzrə dünya çempionatı keçirilib – FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bakı şəhəri Sərhədçi İdman Arenasında Alpoqut idman növü üzrə dünya çempionatı keçirilib.

Yarışda Şəki rayonu Aşağı Göynük kəndinin “Rabitə İdman klubu“nun idmançıları yarışda uğurlu nəticə göstəriblər.

Bu barədə İstixəbər.info-ya klubun baş məşqçisi Nakam Səfərəliyev və Məmməd Həsənov məlumat verib. Onun sözlərinə görə məşqçisi olduğu idman klubunun üzvləri Seymur Əhmədov qızıl, Cavid Cəmilov bürünc, Anar İsmayılzadə bürünc medal qazanıblar.

Nakam Səfərəliyev saytımıza Alpaqut idman növü barəsində qısaca məlumat verib.

Nakam Səfərəliyev

Alpaqut — Müqəddəs Döyüşçü mənasındadır. Turan coğrafiyasında yaşayan, Türk xalqlarının ortaq mədəni dünya görüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim Türklərin döyüş mədəniyyətini, muassir döyüş sənəti üzərində koonsepsiyalaşdıran, dərin fəlsəfi ideoloji mənası olan və sirli qalan milli döyüş mədəniyyətinin qlobal mədəniyyətə çıxışını təşkil edən bir idman növüdür.

İdmançılarımın nəticələrindən çox məmmunam. Qarşıda bizi digər möhtəbər yarışlar gözləyir. Ümid edirəm ki, bu yarışlarda da “Rabitə idman klubu” bundanda yaxşı nəticələr göstərəcək və ölkəmizin bayrağını zirvələrdə dalğalandıracaqlar.

Bizdə öz növbəmizdə idmançılarımızı əldə etdikləri uğurlara görə təbrik edir, gələcəkdə nəticələrin dahada üstün olmasını arzulayırıq.

İstixəbər.info İnformasıya Portalı Bakı şəhəri 2018-ci il
Baş redaktor:Rəşad Orucoğlu Ağaşirinov

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26