BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Buraxılış imtahanlarında heç bir amil nəzərə alınmayacaq” – DİM-dən sərt açıqlama


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

2019-cu ildə kurikulum sistemi ilə keçiriləcək qəbul imtahanlarının modeli təsdiq olunsa da, abituriyentlər üçün bir sıra məqamlar hələ də qaranlıq qalıb.

Həmin məqamlardan biri də IX sinif yekun qiymətləndirmədə əldə olunan fərqlənmə attestatının XI sinif buraxılış və ya qəbul imtahanlarında şagirdə hansı üstünlüklər yaradacağıyla bağlıdır.

Mövzu ilə əlaqədar Dövlət İmtahan Mərkəzindən bildiriblər ki, şagirdin dərs prosesi ilə bağlı hər hansı üstünlüyə sahib olması buraxılış və qəbul imtahanlarında nəzərə alınmır.

Xatırladaq ki, bir müddət əvvəl sağlam imkanları məhdud şəxslərin buraxılış imtahanlarına cəlb olunacağından bəhs edən xəbər vermişdik.

Belə ki, sağlamlıq imkanları məhdud olan buraxılış sinif şagirdləri imtahanlardan Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə imtahandan azad olunurdular.

2019-cu ildən qəbul qaydalarında edilən dəyişikliyə görə, buraxılış imtahanları ali təhsil müəssisələrinə qəbulun ilkin mərhələsi hesab olunur. Belə olduğu halda, sağlamlıq imkanları məhdud şəxslər ali məktəblərə qəbul olunmaq üçün azad olduqları buraxılış imtahanında iştirak etməyə məcburdurlar.

Nəticə olaraq, DİM-in tərtib etdiyi qaydalara görə, hər abituriyent ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında ümumi qaydada iştirak edərək müsabiqədə müvəffəqiyyət qazanmalıdır. Müsabiqə zamanı fərqlənmə attestatı, hər hansı digər uğur və ya bunların tamamilə əksi, şagirdin sağlamlıq imkanları nəzərə alınmır./manevr.az

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26