BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Vor aləminə” zərbə: Azərbaycanlı “vor zakon” Rəşad Gəncinski Belorusda tutuldu – şok faktlar/FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixəbər.info xəbər verir ki, Rəşad İsmayılov və onun cinayətkar qrupunun daha dörd üzvü Minsk rayonunun mehmanxana komplekslərindən birində imişlər. İcarəyə götürülmüş evdə və onların şəxsi avtomobilində hüquq-mühafizə orqanlarının əməkdaşları “Makarov” və TT tapançaları, həmçinin 14 döyüş patronu aşkar ediblər. Eyni zamanda, fiqurantlarda həşiş tapılıb. Saxlanılanların barəsində cinayət işi başlanıb.

Rəşad İsmayılov və digər saxlanılanlar Rusiya və Ukraynanın ərazisində dəfələrlə cinayət və mülki məsuliyyətə cəlb olunublar. Onlar Rusiyanın və Ukraynanın müxtəlif regionlarında ticarət mərkəzlərinin və topdansatış bazarlarının sahibi olan azərbaycanlı iş adamları barəsində zorakılıq və maliyyə cinayətləri faktları üzrə cinayət işlərinin fiqurantları olublar./virtualaz.org

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26