BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Xatun Fatimədən üzr istəməyəcək – Məhkəmə qərarı – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Dünən Fatimə Fətəliyeva kütləvi informasiya vasitələri ilə bildirib ki, guya mən ondan üzr istəməliyəm. 

İstixəbər.info qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva İnstaqram səhifəsində paylaşıb. O, qalmaqal yaşadığı keçmiş rəfiqəsi, rəqqasə Fatimə Fətəliyevanın yalan danışdığını bildirib:

“Nəzərinizə çatdırmaq istəyirəm ki, Fatimənin dedikləri ağ yalan və uydurmadır. Hesab edirəm ki, məni sevən və sevməyən tamaşaçılara belə dezinformasiyalar verib onları aldatmaq olmaz! Mən hər zaman doğruları söyləyirəm və bu gün də sizə reallığı təqdim edirəm”.

Paylaşılan məhkəmə qərarından bəlli olur ki, Fatimə Fətəliyeva Xosrov qızının Əliyeva Nərgiz (Xatun) Aydın qızına qarşı “şərəfin, ləyaqətin müdafiəsi və mənəvi ziyan tələbi” rədd olunub. Məhkəmə müğənninin sosial şəbəkədə yazdığı statusda Fatimənin təhqir edilmədiyini bildirib.

Qeyd edək ki, cütlük arasında qalmaqal Xatunun “Səhər-səhər” verilişində açıqlamasından sonra baş vermişdi. Müğənni təzə il ilə bağlı fotosessiyasının Fatimə tərəfindən oğurlandığını demişdi.

Xatunun bu addımından sonra Fatimə salonunda çalışan müğənnin stilist qardaşı Balaşı işdən çıxarmışdı. Daha sonra müğənni instaqramda dodağı silikonlu gəncin fotosunu paylaşmışdı. Bundan başqa, müğənni ad çəkməsə də, “Bağ evində xəyanət” həştağından istifadə edərək rəqqasəyə söz atdığı iddia olunmuşdu. Fatimə isə qarşı tərəfi məhkəməyə vermiş, ondan üzr istəmisini tələb etmişdi.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26