BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Əflatun Amaşov: “Çap məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsi yaxşı olardı”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycan mediasının iqtisadi durumu problemsiz deyil. Çap məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsi yaxşı olardı.

İstixəbər.info Trend-ə istinadən bildirir ki, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, verginin aradan qaldırılması bu sahənin daha da inkişaf etməsinə səbəb olacaq.

Şura sədri təhsil sahəsinə ayrılan maliyyənin də artırılmasını təklif edib: “Bu vəsait Azərbaycandilli məktəblərdə dərsliklərin daha müasir hazırlanmasına sərf edilsin. Son zamanlar müzakirələrə səbəb olan məsələlər bunu tələb edir. Bu məktəblərdə tədris güclü olmalıdır ki, övladlarını digər dillərdə olan məktəblərə göndərən valideynlərin bəhanəsi olmasın”.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26