BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“WhatsApp” istifadəçilərinə bəd xəbər


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“WhatsApp” izləyicilərinə pis xəbər var. Proqramın bir sıra özəl cəhətlərinə dəyişiklik ediləcək.

İstixəbər.info xəbər verir ki, indiyədək “WhatsApp”-ın 3 əsas özəlliyi vardı: 1) Ödənişsiz olması; 2) Təhlükəsiz olması; 3) Reklamsız olması (Yəni, proqram istifadəçilərinin qarşısına müxtəlif reklamlar çıxmırdı”.

Lakin bundan sonra vəziyyət fərqli olacaq. Daha doğrusu, sadalanan 3 özəllikdən biri aradan qalxacaq.

“WhatsApp” qərar verib ki, bundan sonra reklamlar qəbul etsin. Bu xəbər istifadəçilərin narazılığına səbəb olub. Buna baxmayaraq, şirkət qərarında qətidir və reklam qarşılığında əlavə maddi qazanc əldə etmək fikrindən daşınmayacaq.

Prosesə bu gündən başlandığı qeyd olunur.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26