BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Rumıniyada etirazlar səngimir – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azı 2 min nəfər Buxarestin mərkəzində toplaşaraq korrupsiyaya qarşı etiraz aksiyası keçirir.

İstixəbər.info AZƏRTAC-a istinadən bildirir ki, etirazçıların əsas tələbi üç il əvvəl 65 nəfərin ölümü və 200 nəfərin xəsarət alması ilə nəticələnən “Kolektiv” klubunda baş vermiş yanğınla bağlı heç kimin cəzalandırılmamasıdır. Onlar Buxarestin mərkəzindən “Kolektiv” klubuna kimi yürüş ediblər. Bir çoxlarının fikrincə, klubda baş verənlər ölkədə korrupsiyaya qarşı mübarizənin rəmzinə çevrilib. Məhz bu hadisədən sonra “Korrupsiya-öldürür” şüarı yaranıb.

Qeyd edək ki, yanğından sonra klubun sahibləri, yanğınsöndürmə idarəsinin əməkdaşları, bələdiyyə məmurları və pirotexnik şounun təşkilatçıları barəsində dörd istintaq işi açılıb və məhkəməyə göndərilib. Həlak olanların yaxınları və xəsarət alanlar məhkəmənin keçiriləcəyi günü artıq üç ildir gözləyirlər. Xəsarət alanlar kompensasiya almaq üçün 212 milyon avro dəyərində mülki iddia qaldırıblar.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26