BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Gəmiqayırma Zavodu”nu biabır edən şəxs məmur oğlu imiş


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Bakı Gəmiqayırma Zavodu”ndan (BGZ) çəkilmiş qalmaqallı fotonun müəlliflərindən birinin məmur oğlu olduğu üzə çıxıb.

İstixəbər.info xəbər verir ki, BGZ-nin yaydığı rəsmi açıqlamada fotonun müəllifi kimi göstərilən Hikmət Məmmədov Dövlət Dəniz Agentliyinin direktor müavini Şahlar Məmmədovun oğludur.

Məlumat üçün bildirək ki, Məmmədov Şahlar Əyyub oğlu 2006-cı ildən Dövlət Dəniz Administrasiyasının rəis müavini vəzifəsinə təyin edilib. Administrasiya Dövlət Dəniz Agentliyinə çevrildikdən sonra isə direktor müavini kimi fəaliyyətini davam etdirir. O, beş gün əvvəl Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi münasibətilə “Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib.

Картинки по запросу Dövlət Dəniz Agentliyinin direktor müavini Şahlar Məmmədov

BakuPost-un əməkdaşı məsələni dəqiqləşdirmək üçün “Bakı Gəmiqayırma Zavodu” ilə əlaqə saxlayıb. Zavodun marketinq şöbəsindən saytımıza bu barədə hər hansı məlumat verə bilməyəcəkləri bildirildi: “O adam bizim zavodumuzun adını yayıb, biz də onun adını yaymışıq”.

Qeyd edək ki, son günlər bəzi elektron media resursları və sosial şəbəkələrdə “Bakı Gəmiqayırma Zavodu” ilə bağlı foto yayılıb. Fotoda zavodun lövhəsindəki “gəmiqayırma” sözündə “g” hərfinin düşdüyü, yerdə qalan hərflərdən isə biədəb bir söz yarandığı görünür.

Zavodun yaydığı məlumatda deyilir ki, 22 oktyabr saat 11:00 radələrində BGZ-nin əsas giriş qapısında yerləşən və zavodun adı qeyd edilən lövhənin üzərində təmizlik işləri görülərkən bəzi hərflərin rənginin solduğu, yerindən qopa biləcəyi müəyyən edilib və bu barədə zavodun aidiyyəti şöbəsinə məlumat verilib.

Картинки по запросу bakı gəmiqayırma zavodu

“Hərflər bərpa edilməsi məqsədi ilə çıxarılaraq boya sahəsinə aparılıb. Elə həmin gün, saat 16:40 radələrində qeyd edilən təmir işləri başa çatdırılaraq hərflər yerinə bərkidilib. BGZ-də hazırda təmir edilən gəmilərdən birinin əməkdaşları, ikinci köməkçi Məmmədov Hikmət və bosman Babayev Elşad yuxarıda qeyd edilən vaxt əsnasında, daha dəqiq desək saat 16:13 radələrində bu lövhəni görüb və onun fotoşəklini çəkərək digərləri ilə paylaşıblar. Yuxarıda adları qeyd edilən şəxslər BGZ-nin daxili qaydalarını pozduqları üçün onların zavod ərazisinə girişi qadağan olunub və bu barədə onların çalışdıqları şirkətə yazılı şəkildə məlumat verilib”, – deyə zavodun açıqlamasında bildirilir./BakuPost

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26