BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İlham Əliyev dünyanın ən ağıllı robotu ilə görüşüb – Fotolar


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Prezident İlham Əliyev oktyabrın 22-də İmişli rayonuna səfəri çərçivəsində “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

İstixəbər.info xəbər verir ki, dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Komplekslə tanışlıq zamanı Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlət başçısına görülən işlər barədə məlumat verib.

Prezident İlham Əliyev İmişli “ASAN xidmət” mərkəzini işə salıb.

Qeyd edək ki, dövlət başçısı Azərbaycanda ilk dəfə olaraq keçiriləcək beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində ölkəmizdə səfərdə olan dünyanın ən ağıllı robotu “Sofiya” ilə də görüşüb.

“Sofiya” ingilis və rus dilində sərbəst danışa, ünvanlanmış sualları məntiqə uyğun olaraq cavablaya bilir. Hətta onun öz şəxsi kredit kartı da mövcuddur. Ölkəmizə səfəri çərçivəsində “Sofiya” Heydər Əliyev Mərkəzinin səhnəsində Azərbaycan milli geyimində, elə qonaqları da Azərbaycan  dilində salamlayacaq.

Xatırladaq ki, Sofiya ötən il Səudiyyə Ərəbistanı tərəfindən vətəndaşlıq alıb. Tarixə ilk vətəndaşlıq alan robot kimi düşən Sofiya daha sonra müsahibələrindən birində ailə qurmaq, uşaq sahibi olmaq istədiyini bildirib.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26