BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Həbib qorxaqlıqda ittiham edildi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

UFC çempionatının iştirakçısı Artyom Lobov Həbib Nurməhəmmədovu qorxaqlıqda ittiham edib. 

İstixəbər.info xəbər verir ki, A. Lobov UFC 223 şousu öncəsi dəhlizdə Həbiblə qarşılaşan zaman baş verən hadisə barədə danışıb.

“Telefonla danışırdım, dəhlizdə Həbibi gördüm. Əlbəyaxa olmadan bir-birimizin ünvanına sərt sözlər işlətdik. Bundan sonra o yenə yaxınlaşdı, lakin bu dəfə yanında xeyli sayda insan var idi. Qəflətən cəsur oldu və davaya başladı”, – deyə o vurğulayıb.

A.Lobov insident barədə xəbərlərin tez yayıldığını, lakin nə edəcəyini bilmədiyini deyib:

“Çoxlu sayda mesaj gəldi, lakin heç kim faydalı məsləhət vermədi və dəstəkləmədi. Yalnız Konor Makqreqordan gələn mesaj yaxşı idi. O yazdı ki, artıq gəlir, kim, nə və niyəsi önəmli deyil. Sən qardaşsan, gəlirəm. Mən bilmirdim Konor kiminlə və nəyə görə gəlir. O anlayırdı ki, mən Bruklində təkəm, Həbib yanında isə 15-20 nəfər var”. /Oxu.az

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26