BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Səbinə Kərimova beynəlxalq turnirdə bürünc medal qazanıb – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Türkiyənin Antalya şəhərində qılıncoynatma üzrə “B” kateqoriyalı “Satellite” turnirinə yekun vurulub.

Azərbaycan Qılıncoynatma Federasiyasından İstixəbər.info-ya verilən məlumata görə, sablya üzrə qadınlardan ibarət yığma komandamızın üzvü Səbinə Kərimova turnirin bürünc medalını qazanıb.

Qrup mərhələsində keçirdiyi 6 görüşdən 5-də qələbə qazanan Səbinə uğurlu çıxışın davamını pley-offda da gətirib. 1/8 finalda digər təmsilçimiz Aysel Əhədovaya qalib gələn Kərimova 1/4 finalda Türkiyə idmançısı Aylin Çakırı 15:10 hesabı ilə məğlub edib. Yarımfinala yüksəlməklə turnirin bürünc medalını təmin edən sablyaçımız finalın bir addımlığında polşalı Marta Pudaya uduzub.

Digər təmsilçilərimizdən turnirin 1/4 finalına kimi irəliləyən Sevil Bünyatova yarışı 5-ci sırada tamamlayıb. Mübarizəni 1/8 finalda dayandıran Sevinc Bünyatova da ilk 10-luqda yer almağı bacarıb.

6 ölkədən 27 sablyaçının yarışdığı turnirdə Aysel Əhədova 14-cü, Nərminə Cəfərova isə 21-ci sırada qərarlaşıb.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26