BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycanlı cüdoçu dünya çempionu oldu – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Baham adalarının Nassau şəhərində gənc cüdoçuların dünya birinciliyinə start verilib. 

İstixəbər.info xəbər verir ki, mötəbər yarışın ilk günü Azərbaycan idmançıları üçün uğurlu olub.

55 kq çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev və Rövşən Əliyev bütün rəqiblərinə qalib gələrək finala çıxıb.

Balabəy həlledici görüşə qədər Monqolustan, Hollandiya, Meksika, Rövşən Əliyev isə Macarıstan, Yaponiya və Qırğızıstan idmançılarını məğlub edib.

Azərbaycan finalının qalibi adına Rövşən Əliyev layiq görülüb. Cüdoçumuza dünya çempionatının qızıl medalı verilib və onun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.

Digər cüdoçumuz Balabəy Ağayevə mundialın gümüş medalı təqdim olunub.

Qızların mübarizəsində 44 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Şəfəq Həmidova bürünc medal uğrunda belçikalı Loi Peti ilə qarşılaşıb və görüşdən məğlub ayrılaraq V yeri tutub.

Beləliklə Azərbaycan cüdoçuları dünya birinciliyinin ilk yarış günündə bir qızıl və bir gümüş medal qazanıblar./oxu.az

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26