BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“ƏSRƏ BƏRABƏR 15 İL” – HÜSEYNBALA MİRƏLƏMOV YAZIR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Cənab İlham Əliyevin 15 illik hakimiyyət dövrü Azərbaycanın dinamik inkişaf, sürətli modernləşmə mənzərəsidir.”

İstixəbər.info xəbər verir ki, bu barədə yazıçı, içtimai-siyasi xadim Hüseybala Mirələmov öz facebook səhifəsində paylaşıb.

“Dövlətimizin rəhbəri kifayət qədər gərgin və mürəkkəb coğrafiyada, geopolitik güclərin maraqlarının toqquşma nöqtəsində yerləşən, müstəqilliyini yenicə əldə etmiş kiçik bir ölkəni öz qətiyyətinin, diplomatiyasının gücü ilə bütün dünyada böyük nüfuz və söz sahibinə çevirə bilib.
Onun dünyanın ən mötəbər tribunalarında, – BMT-nin, NATO-nun, ATƏT-in xitabət kürsülərindəki inamlı, cəsarətli, məntiqi çıxışları hər zaman dünyanın diqqətini cəlb edir…
Beynəlxalq güclər cənab İlham Əliyevin mövqeyi ilə hesablaşırlar. Fərqindədirlər ki, hər hansısa təzyiq üsulları ilə onu Azərbaycanın milli maraqlarından çəkindirmək əsla mümkün deyil. 15 illik tarixi təcrübə bunu təkrar-təkrar sübuta yetirib.
İlham Əliyev ölkəmizin milli mənafelərini, hər zaman, hər yerdə, bütün səviyyələrdə qətiyyətlə qoruyur, müstəqil xarici siyasət yürüdür…
Bütün məsələlərlə bağlı Azərbaycan Prezidentinin öz fikri, öz sözü, öz mövqeyi var!
Bu, Azərbaycan xalqının fikridir, sözüdür, mövqeyidir!
Bütün qərarlarında o, xalqın rəyini ifadə edir, vətəndaşlarımızın dəstəyinə güvənir…
Qlobal böhranlardan çıxış yolları axtarışında Azərbaycan Prezidentinin şəxsində təcrübəli dövlət adamının, qlobal trendləri çox gözəl bilən peşəkar dövlət idarəçisinin rəylərinə, təşəbbüslərinə və onun şəxsində ümumən xalqımızın maraqlarına hörmətlə yanaşılır.
Bu 15 ildə cənab İlham Əliyevin düşünülmüş islahatları, müdrik qərarları həyatımıza yeni nəfəs gətirib, cəmiyyətin inkişafında yeni səhifələr açıb, Azərbaycanı dünyanın öncül ölkələrindən birinə çevirib!..”

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26