BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Əməkdar jurnalist Yusif Kərimovla vida mərasimi keçirilib – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bu gün əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov torpağa tapşırılıb. Onunla vida mərasimi mərhumun evində keçirilib. 

İstixəbər.info xəbər verir ki, MŞ sədri, Milli Mədlisin deputatı Əflatun Amaşov vida mərasimindəki çıxışında bildirib ki, Y.Kərimov çoxşaxəli yaradıcılıq diapazonuna malik dəyərli qələm adamı idi. Onun yoxluğu jurnalistikamız, publisistikamız və bütövlükdə ictimai fikir cameəmiz üçün son dərəcə böyük itkidir. MŞ sədri Azərbaycan ədəbiyyatının və jurnalistikasının tanınmış nümayəndəsi, ustad yazar,  yurdsevər ziyalı, fəal vətəndaş, səmimi insan, gözəl dost kimi xarakterizə edən xüsusiyyətlərdən söz açıb, mərhumun doğmalarına və əzizlərinə başsağlığı diləklərini çatdırıb.

Çıxış edənlərdən veteran jurnalist Məzahir Süleymanzadə, MŞ-nin İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, BDU-nun jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli, əmədar jurnalist Zöhrab Zeynalov və başqaları Y.Kərimovun həyat yolundan söz açıblar. Onlar mərhum qələm sahibinin hər zaman jurnalistika prinsiplərinə sadiqliyini vurğulayıblar, onunla bağlı xatirələrini bölüşüblər.

Qeyd edək ki, dünən dünyasını dəyişmiş Y.Kərimov Xırdalan qəbirstanlığında torpağa tapşırılıb./Milli.Az

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26