BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bakıda akkumulyator oğruları tutuldu – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Paytaxtın Nizami rayonu ərazisində “Azərconnet” MMC-yə məxsus baza stansiyalarından hər birinin dəyəri 450 manat olan 12 ədəd akkumulyator oğurlanıb.

Bu barədə İstixəbər.info-ya Daxili işlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq hadisəsi törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Xəyal Zeynalov və Rasif Hüseynov saxlanılıblar.

Həyata keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində onların müxtəlif vaxtlarda Qaradağ və Xətai rayonlarında  yerləşən mobil operatorlara məxsus stansiyalardan da akkumulyatorlar oğurladıqları məlum olub.

Araşdırma zamanı həmin şəxslərin oğurladıqları əşyaları Nərimanov rayonunda yerləşən əlvan metal qəbulu məntəqələrinə satdıqları müəyyən edilib.

İstintaq zamanı məlum olub ki, R.Hüseynov üç ilə yaxındır qeyd edilən şirkətlə əməkdaşlıq edir. Bu səbəbdən o, baza stansiyalarının yerini əvvəlcədən bilib. Oğurluq hadisələri zamanı isə akkumulyatorlar X.Zeynalova məxsus yük maşını vasitəsilə daşınaraq satılıb.

Qeyd edilən faktla bağlı 25-ci Polis Şöbəsində toplanan material Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26