BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

YOL HƏRƏKƏTİ QAYDALARINI HAMI BİLMƏLİDİR, ŞAGİRDLƏR DƏ… – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Respublikamızın ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması ilə əlaqədar uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən 2018-ci ilin sentyabr ayının 15-dən oktyabrın 15-dək respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İstixəbər.info-ya verilən məlumata görə, bu istiqamətdə Qusar Rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhərdəki Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Ağaverdiyev adına 1 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon Polis Şöbəsinin əməkdaşları, həmçinin şagird və məktəbin pedaqoji kollektivi iştirak ediblər.
Tədbirdə çıxış edən Qusar RPŞ-nin Baş Dövlət Avtomobil Müfəttişi, polis kapitanı Natiq Müzəffərov keçirilən tədbirin mahiyyətindən danışıb. Tədbirin əsas məqsədinin şagirdlərə yol hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etmək olduğunu bildirən polis kapitanı, məktəblilərə yol nişanları haqqında məlumat verib. Yollarda piyada keçidləri üçün nəzərdə tutulan piyada zolaqlarından istifadənin zəruriliyindən danışan N.Müzəffərov, dərs saatları bitdikdən sonra yollarda nəqliyyat vasitələrinin sıx olduğunu qeyd edərək, şagirdlərə dərslərdən çıxan zaman yollarda hərəkət edərkən səkilərdə, keçid üçün piyada keçidlərindən istifadə etmələrinin zəruriliyini bildirib.

Şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Çıxış edən məktəbin direktoru və müəllimlər keçirilən profilaktik tədbirə görə Qusar Rayon Polis Şöbəsinin kollektivinə öz təşəkkürünü bildiriblər.
Tədbir təhsil müəssisəsinin qarşısında yerləşən yolda sona çatıb. Şagirdlərə piyada keçidində istifadə qaydaları əyani şəkildə göstərilərək, onlara hərəkətin təhlükəsizliyi barədə dəyərli tövsiyyələr verilib.

Tədbirdən fotoları sizlərə təqdim edirik:

İstixəbər.info İnformasiya Portalı Qusar 2018-ci il

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26