BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sürüşmə zonasında vəziyyət necədir?


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində saat 21:00-a olan vəziyyət barədə məlumat açıqlayıb.

Nazirlik tərəfindən yaradılan Qərargahdan İstixəbər.info-ya verilən son məlumata görə, sürüşmənin dinamikasında ötən saatlara nisbətən ciddi dəyişiklik baş verməyib: “Sürüşmə kütləsi üzərində xırda uçqun prosesi davam edir”.

Qərargah üzvləri ərazidə növbətçilik əsasında müşahidələri davam etdirir.

Qeyd edək ki, bu gün səhər saat 11:00-a olan vəziyyətlə bağlı ETSN-nin yaydığı məlumatda qeyd edilirdi ki, sürüşmə kütləsini saxlamaq üçün 2013-cü ildə inşa edilmiş istinad divarı yamac boyu 4-5 metr aşağıya irəliləyib, həmin istinad divarında hipsometrik olaraq, sürüşmə kütləsi hərəkət edərək avtomobil yoluna tökülüb. Proses aktiv fazadadır. Sürüşmə ərazisi aidiyyəti qurumların nümayəndələri tərəfindən nəzarətdədir və insanların həyatı üçün təhlükə yoxdur.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26