BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycana aksiz markası olmayan spirtli içkilər keçirmək istədilər


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Gömrükçülər xeyli miqdarda aksiz markası olmayan spirtli içkilərin ölkəyə gətirilməsinin qarşısını alıblar.

Bu barədə İstixəbər.info-ya Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında idarənin Tovuz Gömrük Postunda “Hyundai Veracrus” markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə baxış zamanı nəqliyyat vasitəsində sellofan torbalarda spirtli içkilər olduğu müəyyən edilib. Belə ki, nəqliyyat vasitəsinin yük yerindən sellofan torbalardan üzərində aksiz markası olmayan 1 lt şüşə qablarda 70 ədəd “Nemirovskaya osobaya”, 0.5 lt şüşə qablarda 13 ədəd “Nemirovskaya osobaya”, 0.5 lt şüşə qablarda 49 ədəd “Nemiroff original”, 1 lt şüşə qablarda 5 ədəd “Nemiroff Delicat” və 1 lt şüşə qablarda 5 ədəd “Nemiroff Wheat” adlı spirtli içkilər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26