BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

USB-lərdə viruslar azalmaq bilmir


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Təhlükəli avadanlıq reputasiyası qazanmış USB-qurğular əvvəlki kimi şirkətlər tərəfindən geniş istifadə olunur, buna görə hakerlər belə aparatlarda aşkar edilmiş boşluqlardan kiberhücum məqsədilə aktiv istifadə etməyə davam edirlər. Bu haqda “Kasperski Laboratoriyası” antivirus şirkətindən məlumat verilib.

İstixəbər.info ICTnews-a istinadən bildirir ki, USB qurğulardan inkişaf etməkdə olan iqtisadiyyata malik ölkələrdə daha çox istifadə olunur. Bununla əlaqədar olaraq Asiya, Afrika və Cənubi Amerika kimi regionlar USB qurğular vasitəsilə yayılan zərərli proqram təminatına qarşı daha həssasdır. Həmçinin belə yoluxmalar az miqdarda Avropa və Şimali Amerikada da qeydə alınıb.

“Kasperski Laboratoriyası”nın nümayəndəsi bildirib ki, “USB” qurğular əvvəlki illərlə müqayisədə indi virusların yayılmasında daha az effektivdir, çünki insanlar tədricən onların təhlükəli olmasını başa düşür və biznes aləti kimi daha az istifadə edirlər. Ancaq hakerlər çıxarılıb taxılan daşıyıcılardan öz məqsədləri üçün hələ də istifadə edirlər.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26