BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Ağır qəza törədən avtobus sürücüsü narkoman çıxdı — Həbsdə də olub


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bu gün Binə qəsəbəsində baş verən ağır qəzanı törədən 160 nömrəli avtobusun sürücüsü Elxan Şirəliyev ilə bağlı bəzi detallar məlum olub.

İstixəbər.info azxəbər.com-a istinadla xəbər verir ki, həmin sürücü bundan əvvəl də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədiyi üçün məhkumluq həyatı yaşayıb. Məlumatı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov təsdiqləyib. Bu gün baş verə qəzadan sonra tibbi müayinədən keçirilən sürücünün narkotik istifadəçisi olduğu üzə çıxıb.

Vaqif Əsədov onu da bildirib ki, həmin avtobusun məxsus olduğu “Ayşən” MMC-nin rəhbərliyinə BŞDYPİ tərəfindən dəfələrlə xəbərdarlıq olunub və nöqsanların aradan qaldırılması ilə bağlı tövsiyələr verilib. Lakin bu istiqamətdə heç bir dəyişiklik baş verməyib.

Şöbə rəisi hadisə nəticəsində 35 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığını, bir nəfər 13 yaşlı məktəblinin həyatını itirdiyini qeyd edib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26