BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

EVİNDƏ NARKOTİK GİZLƏTMİŞDİ…


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İstixəbər.info-ya verilən məlumata görə sentyabrın 26-da Balakən RPŞ-nin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayonun Mahamalar kənd sakini Zaur Mamedov saxlanılıb. Onun yaşadığı evə baxış keçirilərkən 1kq 760 qr qurudulmuş marixuana, bundan başqa rayonun Tülü kəndindəki kolluq ərazidə xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi çəkisi 20 kq olan 4 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26