BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Gürcüstanda hoteldə Azərbaycanlı qız ölü tapıldı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Gürcüstanın Bakuriani kurortunda yerləşən hotellərin birində 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı ölüb.

İstixəbər.info xəbər verir ki, 21 yaşlı Zeynəb Vəlizadəhoteldə mədəniyyətlə bağlı keçirilən beynəlxalq tədbirdə iştirak edib.

Şahidlərin sözlərinə görə, gənc qız özünü pis hiss edib və daha sonra hotel otağında meyiti aşkar olunub.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi üzrə cinayət işi açıb. Z.Vəlizadənin meyiti ölüm səbəbinin müəyyən olunması üçün ekspertizaya göndərilib.

Azərbaycanın Gürcüstandakı səfirliyi Z.Vəlizadənin ailəsi ilə əlaqə saxlayıb və cənazənin Vətənə çatdırılması istiqamətində işlər həyata keçirir./report

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26