BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bakıda güclü külək 3 sağlam ağacı kökündən çıxardı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bakıda müşahidə edilən güclü külək nəticəsində şəhərin müxtəlif yerlərində 3 sağlam ağac kökündən çıxaraq aşıb.

İstixəbər.info xəbər verir ki, bunu TREND-ə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, ağaclar Səbail, Nəsimi və Yasamal rayonlarinda aşıb:

“Yasamal və Xətai rayonlarında ağaclar təmiz əraziyə aşsa da, Nəsimi rayonunda (köhnə “Bakı” mehmanxanasının qarşısı, keçmiç “İliç” bağı) ağac dayanacağın üzərinə aşıb. Aşan ağaclar qarağac, qovaq və tut ağacları olub”.

Şöbə rəisi ümumilikdə güclü küləklə əlaqədar Bakıda 30-a yaxın ünvanda ağacların budaqlarının sındığını söyləyib.

O.Məmmədov hazırda heyətin gücləndirilmiş iş şəraitində çalışdığını da nəzərə çatdırıb.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26