BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlaxda Dini qurumlar üzrə müşavirə keçirilib – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycan Respublikası Prezidenti Administradiyasının Rəhbərinin tapşırığına əsasən, cari ilin əvvəlindən başlayaraq Prezident Administrasiyasının Millətlərarası münasibətlər, siyasi və dini durumla bağlı zona müşavirəsi keçirilir.

İstixəbər.info xəbər verir ki, növbəti belə tədbir doqquz (Yevlax, Bərdə, Ağcabədi, Tərtər, Fizuli, Ağdam, Laçın, Xocavənd və Beyləqan) şəhər və rayonu əhatə etməklə sentyabr ayının 27-də Yevlax şəhərində baş tutmuşdur.

Tədbirin keçirilməsində əsas məqsəd bölgələrdə etno-siyasi və dini durumla bağlı mövcud vəziyyəti yerində öyrənmək, sözügedən sahədə dövlət qurumları arasında koordinasiyanı gücləndirmək, bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin, eyni zamanda, Prezident Administrasiyasında təsdiq edilmiş fəaliyyət planlarının icra vəziyyətini yoxlamaqdır.

Müşavirədə şəhər və rayon icra hakimiyyətinin başçılarının müavinləri- Dini işlər üzrə komissiya sədrləri, şəhər, rayon İHB aparatlarının ictimai-siyasi və hümanitar məsələlər şöbəsi müdirlərinin müavinləri – dini qurumlarla işin təşkilatçıları, hüquq-mühafizə orqanlarının, Mədəniyyət və Turizm, Təhsil, Gənclər və İdman nazirliklərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli qurumlarının rəhbərləri, bələdiyyə sədrləri, eyni zamanda, nüfuzlu ziyalılar, din xadimləri iştirak ediblər.

Tədbirdən Fotoları Sizlərə təqdim edirik:

İstixəbər.info İnformasiya Portalı Yevlax 2018-ci il

Sənan Şəmkirli

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26