BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Şuranın dəstəyilə Lerikdə ailə dəyərlərin təbliğ edilir – (FOTOLAR)


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Dünya” Ana və Uşaqlar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsini icra edir.

İstixəbər.info xəbər verir ki, layihə çərçivəsində Lerik rayonu Heydər Əliyev Mərkəzində ilk tədbir keçirilib.

Tədbirdə Lerik rayon İcra Hakimiyyəti Başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova, İctimai Birliyin sədri və layihə rəhbəri Dünyaxanım Əliyeva, layihənin eksperti Nəsimi Məmiyev, layihə rəhbərinin köməkçisi Taleh Əliyev və  Lerik rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Lerik rayon İcra Hakimiyyətinin nümayəndəsi A. Vəliməmmədovaya qonaqları salamladıqdan sonra bu tip tədbirlərin regonlarda keçirilməsinin əhəmiyyətindən danışaraq təşkilatçılara bir daha öz minnətdarlığını bildirib.

İctimai Birliyin sədri və layihə rəhbəri D. Əliyeva layihənin həyata keçirilməsinə  maliyyə dəstəyi verdiyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, tədbirin təşkilinə dəstək verdiyi üçün Lerik rayon İcra Hakimiyyətinə və tədbirə qatılan bütün iştirakçılara öz minnətdarlığını bildirdirib,  təşkilat və layihə haqqında ümumi məlumat verib.

Sonra çıxış edən layihənin eksperti N. Məmiyev bildirib ki, uzun ömürlüyü və özünə xas xüsusiyyətləri ilə seçilən Azərbaycan ailəsi bu gün kənar təsirlərin nəticəsində deqradasiyaya uğrayır. Bu isə gələcəkdə dövlətimiz və millətimiz üçün ciddi problemlər yaşada bilər. Sağlam ailə, sağlam cəmiyyət deməkdir. Sağlam cəmiyyət isə güclü dövlət deməkdir. Biz gələcəkdə də dövlətimizi güclü, cəmiyyətimizin isə sağlam dəyərlər üzərində formalaşmasını istəyiriksə bu günkü Azərbaycan ailələrinə sahib çıxmalı, onları kənar təsirlərdən qoruyaraq uzun ömürlü ailə ənənələrimizə sahib çıxmalıyıq.

Sonra təbir iştirakçıların təklif və sualları ilə davam etdirilib.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26