BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlax rayonunun iki kəndi təbii qazla təmin olundu – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bu gün Yevlax rayonu Qaramammədli və Rüstəmli kəndinlərinə çəkilən qaz xəttinin açılışı oldu..

İstixəbər.info xəbər verir ki, qaz çəkişinin açılışında Yevlax rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov, Tərtər Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Azər Musayev iştirak etmişdirlər.

Tədbiri Yevlax Rayon İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov açaraq bildirdi ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi Yevlax rayonunda da inkişaf yüksək səviyyədə gedir. Əhalinin həyat şəraitinin yüksəldilməsi üçün dövlətimiz tərəfindən xeyli işlər görülür və sürətlə başlayan inkişaf nəticəsində ölkəmiz lider ölkələr sırasında bayrağını qürurla dalğalandırır.Bunun da bariz nümunəsidir kiv, bu gün Qaraməmmədli və Rüstəmli kəndlərinə təbii qazın verilməsi təmin olunmuşdur. Kəndin bütün əhalisinin mavi yanacaq ilə təmin olunması bütün regionlarımızda dövlətimiz tərəfindən həyata keçirilən modern inkişaf və müasirləşmə imkanlarının sübutudur və əhaliyə dövlət qayğısının bariz nümunəsidir.

Sonra çıxış edən Tərtər Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Azər Musayev kənd sakinlərini əlamətdar hadisə münasibəti ilə təbrik edərək əhalini görülmüş işləri qorumağa çağırmış eyni zamanda qazdan istifadə zamanı təhlükəsizlik tədbirlərinə ciddi əməl etməyi tövsiyyə etmişdir.
Tədbirdə çıxış edən kənd ağsaqqalları və ziyalıları, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və minnətdarlıqlarını bildirmişlər.

Açılışdan Fotoları Sizlərə təqdim edirik:

İstixəbər.info İnformasiya Portalı Yevlax 2018-ci il 

Sənan Şəmkirli

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26