BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlaxda vətəndaşların növbəti səyyari qəbulu keçirilib


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yevlax şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov vətəndaşlarla növbəti səyyari qəbul keçirildi.

İstixəbər.info xəbər verir ki, qəbul Yevlax rayonu Səmədabad kənd sakinləri ilə keçirilmişdir. Görüşdə Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov, Hüquq mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər

Qəbulda kənd sakinləri rayonda və eləcə də kəndlərində geniş vüsət alan abadlıq-quruculuq işlərindən, kəndin fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunmasından kənd arası yolların asvaltlanmasından böyük razılıq hissi ilə danışdılar. Kənd sakinlərinə göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə öz minnətdarlıqlarını bildirdilər.

Kənd sakinləri onları narahat edən bəzi məsəslələrlə də əlaqədar müraciət etdilər. Səbədabad kənd orta məktəbinin əsaslı təmir olunması əkin sahələri ərazisində yerləşən drenaj kollektorların təmizlənməsi kimi məslələr adiyyəti təşkilatlarlar tərəfindən nəzarətə götürüldü. İcra başçısı tərəfindən aidiyyəti qrumlara bu istiqamətdə müvafiq işlərin görülməsi üçün tapşırıqlar verildi.
Sonda İcra Hakimiyyətinin başçısı Qoca Səmədov çıxış edərək kənd sakinlərinə səmimi görüş üçün minnətdarlığını bildirdi. İcra başısı qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün Səmədabad kəndi bir çox infrastrukurlarla təmin olunub, rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir. Bütün bunlar möhtərəm cənab Prezidentin vətəndaşalara qayğı və diqqətinin təzahürüdür.

İstixəbər.info İnformasiya Portalı Yevlax 2018-ci il

Sənan Şəmkirli

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26