BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində regonlarda görüşlərin keçrilməsinə gələn həftədən start verilir


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Dünya” Ana və Uşaqlar İctimai Birliyinin sədri Dünyaxanım Əliyevanın İstixəbər.info-ya verdiyi məlumata görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdikləri “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsi icra planına uyğun olaraq həyata keçirilir. Layihə komandası üzərlərinə düşən işləri məsuliyyətlə yerinə yetirirlər. Regonlarda keçiriləcək görüşlərdə iştirakçılara paylanılacaq bukletlərimizdə hazırdır. Gələn həftədən ilk olaraq cənub bölgəsindən hədəf qrupları ilə görüşlərə başlanılacaq. İlk görüş Lerik rayonunda keçriləcək daha sonra isə icra planına uyğun olaraq digər rayonlarda davam etdiriləcək, sonda isə Bakı şəhərində layihəmizin yekunlarına həsr olunan mətbuat konfransı keçriləcək.
Xatırladaq ki, “Dünya” Ana və Uşaqlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi“Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində ailə institutunun qorunması, nigah münasibətlərinin möhkəmləndirilməsi və bu sahədə ən aktual problemlərin yaranmasının qarşısını vaxtında almaq üçün gənclər arasında maariflənmə işinin aparılması məqsədilə Astara, Lerik, Xaçmaz və Şabran rayonlarında yaşayan 100 (bir yüz) nəfər gənc və gənc ailə üzvünün iştirakı ilə təqdimat tədbirlərinin keçrilməsi nəzərdə tutulmuşdur.

“Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində regonlarda görüşlərin keçrilməsinə gələn həftədən start verilir
“Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində regonlarda görüşlərin keçrilməsinə gələn həftədən start verilir

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26