BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Facebook-dan subaylar üçün möhtəşəm yenilik – Evlilər baxmasın


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Facebook Kolumbiyada öz yeni tanışlıq xidmətini istifadəyə verib. 

İstixəbər.info Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, yeni Facebook Dating xidməti haqqında Mark Zukerberq may ayında məlumat vermişdi.

O, qeyd etmişdi ki, bu xidmət eyni yöndə fəaliyyət göstərən rəqiblərindən uzun müddətli münasibətlər üçün nəzərdə tutulması ilə fərqlənir. Xidmətə giriş evlilər və münasibəti olanlar üçün bağlı olacaq.

Məlumata görə, Facebook Dating İOS və Androidlər üçün tətbiq ediləcək. Xidmət yalnız 18 yaşından böyüklər üçün açıq olacaq. Xidmətə qoşulmaq istəyənlər xüsusi hesab açaraq oraya foto və özləri haqqında məlumat yazmalı olacaq. Facebook Dating Tinder proqramından fərqli olaraq 100 kilometrlikdə olan uyğun insanları bir-biri ilə qovuşduracaq. Xidmət hələlik pulsuz olacaq.

Eyni zamanda, Facebook Dating-də xüsusi çat da yaradılacaq. Çatda mətn mesajları ilə yanaşı emojilər də göndərmək mümkün olacaq. İstifadəçi gün ərzində 100 nəfərdən çox olmamaq şərti ilə istənilən istifadəçiyə yaza bilər.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26