BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Minik avtomobili motosikletlə toqquşub, xəsarət alan var


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İmişli rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

İstixəbər.info “report”-a istinadən bildirir ki, hadisə axşam saatlarında Qaralar kəndində qeydə alınıb.

Kənd sakini, 1967-ci il təvəllüdlü Əmənov Vəli Xosrov oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən motosikletin sürücüsü avtomobilin ön şüşəsinə çırpılıb. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan V.Əmənov İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, sürücünün vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26