BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Tramp yenidən OPEC-i günahlandırıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

ABŞ Prezidenti Donald Tramp yenidən Neft İxrac Edən Ölkələr Təşkilatını (OPEC) günahlandırıb.

İstixəbər.info AZƏRTAC-a istinadən bildirir ki, Donald Tramp öz “twitter” səhifəsində bunları yazıb: “Biz Yaxın Şərq ölkələrini qoruyuruq, biz olmasaq onlar uzun müddət güvəndə ola bilməzlər. Onlar isə neftin qiymətini daha da yüksəltməyə davam edir. Bunu unutmayacağıq. OPEC indi neftin qiymətini azaltmalıdır”.

ABŞ Prezidenti daha əvvəllər də OPEC-in yığıncaqları ərəfəsində karteli hədəf olan bəyanatlara çıxış edib.

Xatırladaq ki, sentyabrın 23-də Əlcəzairdə OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) növbəti – X iclası keçiriləcək.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26