BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Rəqsanənin qızı: Atam məni puluma görə istəyir – VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova olub.

İstixəbər.info xəbər verir ki, Aysun doğma atası ilə bağlı maraqlı faktlar açıqlayıb:

“Doğma atamla “salam-sağ ol”umuz yoxdur. Ata başqa bir şeydir. Yanımdan keçsə, onu tanımaram. Çünki mən atamı 14 yaşımda axtarmışam və tapmışam. Amma o insan məni qəbul etməyib.

Mənə deyib ki, mən səni istəmirəm. Mənim sən adda övladım yoxdur. Niyə, bilmirəm. Üstündən bir müddət keçdi. Aysun artıq modelyer olaraq tanınır, Aysun daha sonra müğənni olaraq tanınır və ondan sonra başqa-başqa adamların adından nənəmə və ya anama zəng edirlər ki, atası Aysunu görmək istəyir.

Gözüm aydın. Aysunun indi pulu var deyə, görmək istəyir. Mənim on ilə yaxındır ki, bir atam var, o da anamın həyat yoldaşıdır. Mən atalığı o insanda bilmişəm. O, öz uşaqlarından daha çox mənə can yandırır”./Oxu.az

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26