BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Salyan sakinindən silah və narkotik vasitələr götürülüb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, eləcə də qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan İstixəbər.info-ya verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Salyan rayonu Rəncbər kənd sakini Əlikram Məmmədov saxlanılıb. Onun üzərinə baxış zamanı ümumi çəkisi 1,095 qram, yaşadığı fərdi evdən axtarış zamanı isə ümumi çəkisi 260 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qarasu kənd sakini Nicat Abdullayevdən 1 ədəd müvafiq sənədləri olmayan “TULA” markalı qoşalülə ov silahı və silah üçün nəzərdə tutulan 2 ədəd patron aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26