BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı — VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycan Müdafiə Nazirliyi Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı video-çarx hazırlayıb.

İstixəbər.info xəbər verir ki, videoda Azərbaycan ordusunun müxtəlif qoşun növlərinin döyüş imkanlarını nümayiş etdirən kadrlar əks olunub.

Eyni zamanda, 2016-cı ilin aprelində Ermənistanın işğalından azad edilən Lələtəpə yüksəkliyini və orada dalğanan Azərbaycan bayrağı ilə bağlı kadrlar yer alıb.

Video-çarxda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2016-cı ilin aprel döyüşləri və Naxçıvan əməliyyatı ilə bağlı fikirləri əks olunub:

“2016-cı ilin aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilən torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bu bayraqlar hərbiçilərimizi qabağa aparırdı, bu bayraqlar döyüşdə olan bayraqlardır. Gün gələcək, bu gün işğal altında olan torpaqlar azad olunandan sonra orada qaldırılacaq. Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26