BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlaxda “Bilik günü” ilə əlaqədar tədbir keçirildi – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bütün ölkə ərazisində olduğu kimi Yevlax rayonunda da “Bilik Günü” geniş qeyd edilmişdir.

İstixəbər.info xəbər verir ki, tədbirlərdə iştirak edən müəllimlər və valideynlər ölkə rəhbərliyinin təhsilə, təhsil işçilərinə və şagirdlərə göstərdiyi qayğıdan çox razı qaldıqlarını ifadə etmişlər. “Bilik günü” münasibətilə təşkil olunan tədbirlərdə Yevlax Rayon İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının nümayəndələri, Yevlax Təhsil şöbəsinin rəhbərliyi, müəllim, şagird və valideynlər iştirak etmişlər. Keçirilən silsilə tədbirlər çərçivəsində 15 sentyabr 2018-cü il tarixdə yeni dərs ilinin başlanması və “Bilik günü” ilə əlaqədar şəhər ərazisində yerləşən 5 nömrəli və 1 nömrəli tam orta məktəblərdə təntənəli tədbirlər keçirilmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zərxanım Əhmədova tədbir iştirakçılarını salamlayaraq Bilik günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi. Məktəbin nailliyyətləri haqqında geniş məlumat verdi.

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədr müavini Aparat rəhbəri Əli Quliyev çıxış edərək məktəbdə təhsil alan şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Əli Quliyev həmçinin ölkəmizdə təhsilin inkişafından, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələrinin inşasından, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışmış, ölkə prezidenti cənab İlham Əliyevin və Vitse Prezident Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın məhs bu istiqamətdə gördüyü işləri, təhsilin keyfiyyətinin artıtılmasını daim diqqət mərkəzində saxladığını xüsusilə vurğulamışdır.

Tədbirdə digər çıxış edən Yevlax şəhər Təhsil şöbəsinin müdiri Zərifə Məmmədova əvvəlcə rayon təhsilinin uğurlarından danısdı. Sonra o,Azərbaycanda təhsil sisteminin inkişafına, eyni zamanda şagirdlərə göstərdikləri qayğıya, onların yüksək səviyyəli təhsillə əhatə olunması, həmçinin xoşbəxt gələcəyi sərf etdiyi əməyə görə dövlətimizin başçısı Prezident cənab İlham Əliyevə və birinci xanım, Mehriban Əliyevaya, Yevlax Rayon İcra Hakimiyyətinə, bu cür gözəl tədbirin təşkil olunmasında əməyi olan hər kəsə təşəkkürünü bildirdi.

Tədbirdən fotoları Sizlərə təqdim edirik:

İstixəbər.info İnformasiya Portalı Yevlax 2018-ci il

SƏNAN ŞƏMKİRLİ

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26